Tramp İrana hərbi güc tətbiqini istisna etmir
Nyu-York, 10 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə hərbi güc tətbiq edəcəyini bildirib.
AZƏRTAC-ın məlumatına görə, Tramp potensial hərbi hücuma İsrailin liderlik edəcəyini açıqlayıb.
“Əgər bu, hərbi həll tələb edirsə, biz hərbi yola əl atacağıq. İsrail açıq şəkildə bu işdə iştirak edəcək. Onlar bu prosesə liderlik edəcəklər”,- deyə Tramp qeyd edib.
Qeyd edək ki, həftə sonu Oman sultanlığında ABŞ və İran rəsmilərinin iştirakı ilə nüvə məsələsi ilə bağlı danışıqlar keçiriləcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]