Tunis sahillərində qayığın batması nəticəsində 40 miqrant ölüb
Qahirə, 11 mart, AZƏRTAC
Qeyri-leqal miqrantları Aralıq dənizi ilə İtaliyanın Lampedusa limanına aparan qayığın batması nəticəsində 40 miqrant ölüb.
AZƏRTAC xəbər verir ki, Tunisin Müdafiə Nazirliyinin məlumatında daha 164 miqrantın itkin düşdüyü bildirilir.
Məlumatda qeyd edilib ki, Tunisin Sfaks limanı sahillərində itkin düşmüş qeyri-leqal miqrantların tapılması üçün axtarış tədbirləri həyata keçirilir.
Nazirliyin sözçüsü Məhəmməd Zəkri jurnalistlərə müsahibəsində deyib ki, faciə qurbanlarının hamısı Afrikanın Səhra regionu ölkələrinin vətəndaşlarıdır.
İki il əvvəl də Tunis sahillərində qayıqların batması nəticəsində Avropaya yollanan 90 qeyri-leqal miqrant həlak olmuşdu. Ötən il isə sosial vəziyyətin ağır olduğu Tunisdən İtaliyaya 13 min insan miqrasiya edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]