Tural Sarıyev: Məqsədim qızıl medalı ölkəmizə gətirməkdir
Yekaterinburq, 22 avqust, Səlim Rəhimzadə, AZƏRTAC
Məqsədim qızıl medalı Azərbaycana gətirməkdir. Vətənimizin adını uca tutmaq mənim əsas hədəfimdir.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycanı boks idman növündə təmsil edən Tural Sarıyev deyib.
İdmançı bildirib ki, növbəti döyüşlərə yüksək səviyyədə hazırlaşır: "Yarımfinalda rəqibim Rusiya təmsilçisi Andrey Salatovu məğlub etdim və finala vəsiqə qazandım. Növbəti rəqibim Ermənistan boksçusu olacaq. İkinci Qarabağ müharibəsində Zəfər qazandıq. İnanıram ki, mən də onunla döyüşdə yenidən Azərbaycanın adını ucaldacağam. Ölkəm üçün var gücümlə qələbəyə köklənmişəm".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]