TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) fevralın 21-də keçirilmiş geniş iclasında Azərbaycanın Xocalı şəhərində 15 il öncə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş dinc insanların xatirəsi ehtiramla anılmışdır.
İclası TBMM sədrinin müavini Nevzat Pakdil aparmışdır. Ana Vətən Partiyasının İğdır vilayətindən olan millət vəkili Dursun Akdemir çıxışında bildirmişdir ki, Xocalı soyqırımı bəşər tarixinin ən qara səhifələrindəndir. Bu dəhşətli cinayəti törədənlər mütləq cəzalandırılmalıdırlar.
Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Yücel Artantaş isə təklif etmişdir ki, Türkiyə parlamenti Xocalıda baş verən qətliamı araşdırsın və müvafiq tədbirlər görsün. O, Xocalı faciəsinin soyqırımı kimi tanınmasının zəruriliyini də vurğulamışdır. Millət vəkili demişdir: “Bu günədək nə Türkiyə parlamenti, nə də digər ölkələrin qanunverici orqanları Xocalı qətliamına lazımi qiymət verməmişlər. Əgər bu qətliam hər hansı bir ölkədə baş versəydi, Avropa Birliyinin buna münasibəti necə olardı?”
Fevralın 26-da TBMM-də Heydər Əliyev Fondunun və Azərbaycanın Ankaradakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar sərgi təşkil olunacaqdır. Fevralın 27-də isə millət vəkilləri Xocalı faciəsini parlamentin geniş iclasında müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Tovuzda qətl hadisəsi baş verib
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]