Türkiyə futbolçulara göstərilən kobudluqla əlaqədar İslandiyaya nota verib
Bakı, 10 iyun, AZƏRTAC
Türkiyə futbol üzrə bu ölkənin milli komandasının “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində İslandiya ilə səfər matçı üçün gəldiyi Keflavik hava limanında əsassız səbəblərlə üç saata yaxın gözlədilməsinə görə rəsmi Reykyavikə nota verib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, nota Türkiyənin Norveçdəki səfirliyi vasitəsilə İslandiya hökumətinə təqdim edilib. Notada futbolçuların ölkəyə girişi zamanı pasport qeydiyyatında uzun müddət gözlədilmələri, yoxlanış zamanı komanda üzvlərinin əşyalarının uzun müddət araşdırılması, aidiyyəti şəxslərin millinin üzvlərinə kobud davranışları qınanıb və məsələ ilə əlaqədar müvafiq tədbirlərin görülməsi tələb edilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məsələ ilə əlaqədar bildirib: “Milli komandamıza İslandiyada göstərilən münasibət qəbuledilməzdir”.
Qardaş ölkənin Norveçdəki səfiri Fazlı Çorman da Türkiyənin məsələ ilə əlaqədar narahatlığının çatdırılması və lazımi tədbirlərin görülməsi üçün İslandiyaya səfər edib.
Qeyd edək ki, “Avro 2020”nin seçmə mərhələsinin H qrupunda yer alan Türkiyə millisi iyunun 11-də qrupda dördüncü görüşündə İslandiya yığması ilə qarşılaşacaq. Türkiyə seçməsi H qrupunda keçirdiyi üç oyunda maksimum nəticə göstərək qrupa liderlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]