Türkiyə Müdafiə Nazirliyi: C-130 təyyarəsinin qəzaya uğradığı zonada sonuncu hərbçinin nəşi tapılıb
Ankara, 13 noyabr, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi-nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçidən sonuncunun nəşinin tapıldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, müvafiq açıqlama cümə axşamı, noyabrın 13-də Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Gürcüstandakı axtarış-xilasetmə zonasında 20 türk hərbçisindən 19-nun cəsədinin tapıldığını açıqlamışdı.
Hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”su artıq deşifrə edilməsi üçün Türkiyəyə çatdırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]