Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb



Ankara, 20 oktyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana səfərə yola düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalı məlumat yayıb.
Bununla bağlı yayımlanan xüsusi reportajda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbədən, işğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq işlərindən, həmçinin Türkiyə Prezidentinin ölkəmizə səfərlərinin əhəmiyyətindən bəhs olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Türkiyə liderləri Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [14:27]
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
- 16.05.2025 [12:49]