Türkiyə Prezidenti: Ermənilər əsassız iddiaları ilə bağlı rəsmi sənədləri varsa üzə çıxarsınlar
İstanbul, 11 fevral, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğan Kolumbiyaya səfəri zamanı çıxışlarında Ermənistan rəhbərliyini və erməni diaspor təşkilatlarını Türkiyəyə qarşı qeyri-səmimiliyə görə kəskin ittiham edib.
“Anadolu” agentliyinin məlumatına görə, Prezident bildirib ki, Ermənistan rəhbərliyi aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək dövlət mərasimlərinə qatılmaqla Türkiyənin qurtuluş savaşında canlarını fəda edən şəhidlərin qəhrəmanlığına dair həqiqətlərin şahidi ola bilərdi.
Dövlət başçısı deyib ki, Ermənistanın və erməni diaspor təşkilatlarının Türkiyəyə qarşı iddiaları tam əsassızdır. Bu uydurma iddialara dair həqiqətlərin ortaya çıxmasının yeganə yolu arxivlərin açılmasıdır. Türkiyə bu istiqamətdə ilk addımı atıb. Arxivlərdən çıxarılmış 1 milyondan artıq rəsmi sənəd ermənilərin Türkiyəyə qarşı saxta iddialarını ifşa edir. Əgər əsassız iddialarla bağlı rəsmi sənədləri varsa ermənilər də üzə çıxarsınlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [17:18]