Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 8,8 milyon kubmetrə çatdırıb
Ankara, 11 aprel, AZƏRTAC
Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağında təbii qaz hasilatının həcmi sutkada 8,8 milyon kubmetrə çatıb.
AZƏRTAC bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın açıqladığı məlumatlara istinadla xəbər verir.
Onun sözlərinə görə, daxili qaz hasilatının hazırkı həcmləri ölkədə 3,8 milyon abonentin tələbatını ödəməyə imkan verir.
Energetika naziri əmin edib ki, Qara dəniz yatağından qaz tədarükünün həcmləri artacaq. “Artıq cari ayın sonunadək hasilatı 9,5 milyon kubmetrə çatdırmağı planlaşdırırıq, ümumilikdə, il ərzində istehlakçılara 7,5 milyard kubmetr qaz çatdırılacaq”, - deyə nazir bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]