TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ
Əziz dostum, qardaşım,
Türkiyə Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Biz qardaş Türkiyənin dünyada nüfuzunun gündən-günə artmasına, qazandığı uğurlara ürəkdən sevinirik.
Əminəm ki, xalqlarımız arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətləri əbədi olaraq yaşayacaq, daim əlaqələrimizin daha da genişlənməsinə, əməkdaşlığımızın inkişafına xidmət edəcəkdir.
Hörmətli cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyəyə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 oktyabr 2004-cü il.