Türkiyə tərəfi Stokholmdakı təxribatçı aksiyalara etirazını bildirib
Ankara, 12 yanvar, AZƏRTAC
PKK/PYD/YPG terror təşkilatı tərəfdarlarının Stokholm şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanın da hədəf alındığı terror xarakterli aksiyaya etiraz olaraq İsveçin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İsveçin üçtərəfli anlaşmada götürdüyü öhdəliyi açıq şəkildə pozan bu aksiyanın Türkiyəni təhdid etdiyi və bu cür terror aktlarının dayandırılması səfirdən tələb edilib.
Bu çərçivədə adıçəkilən terroru törədən və təşkil edənlərin tapılmasını tələb edən Türkiyə lazım olan tədbirlərin görülməsi və İsveçdən götürdüyü öhdəlikləri yerinə yetirməsinin gözlənildiyi vurğulanıb.
Terrorçu təşkilat tərəfdarlarının Stokholmda törətdiklərini rəzalət kimi dəyərləndirən Türkiyə rəsmiləri İsveç tərəfini quru sözlə deyil, götürdüyü öhdəlikləri real şəkildə həyata keçirməyə çağırıblar.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]