Türkiyədə 18 nəfər saxta içki zəhərlənməsindən ölüb
İstanbul, 12 oktyabr, AZƏRTAC
Son üç gün ərzində Türkiyənin İzmir vilayətində 11, Kırıkkalede isə 7 nəfər saxta içki zəhərlənməsi səbəbindən həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu səbəbdən daha bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Onlardan dördünün müalicəsi davam edir.
Faktla bağlı başladılan araşdırma çərçivəsində İzmirin Konak rayonunda altı, Buca rayonunda bir, Kırıkkale vilayətində isə 5 tona yaxın saxta içki aşkarlanıb.
Araşdırmalar davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]