Türkiyədə bir neçə hidroloji obyekt istifadəyə verilib
Ankara, 3 oktyabr, AZƏRTAC
Türkiyədə Reyhanlı su anbarı, Hatay içməli su təchizatının genişləndirilmiş depoları və bir neçə digər hidroloji obyektin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimlərində videoformatla iştirak edib.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli istifadəyə verilən hidroloji obyektlərin əhəmiyyəti barədə ümumi məlumat verib.
Gündəlikdə duran məsələlər, eləcə də Türkiyədə son illər həyata keçirilən iqtisadi layihələrdən bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkənin su ehtiyatlarından səmərəli istifadə etmək hökumətin əsas hədəflərindəndir. Türkiyə yeni layihələrlə əhalinin içməli su təchizatında keyfiyyəti təmin edir, yeni sahələrin suvarmaya cəlb edilməsi ilə əkin sahələrinin artmasını və faydalılığını artırır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]