Türkiyədə “CoronoVac” vaksini ilə peyvənd olunanların sayı 10 milyonu ötüb
Ankara, 8 mart, AZƏRTAC
Türkiyədə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Çindən alınan “CoronoVac” vaksini ilə peyvəndləmə prosesi sürətlə davam edir.
AZƏRTAC Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, indiyədək birinci doza ilə peyvənd olunanların sayı 8 milyona yaxınlaşır. Martın 8-dək olan göstəricilərə görə, 28 günlük fasilədən sonra ikinci dozanı vurduranların sayı isə 2,5 milyon nəfər civarındadır. Ən çox peyvəndləmə İstanbulda aparılıb. İkinci yerdə Ankara, üçüncüdə isə İzmir gəlir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]