TÜRKİYƏDƏ İNSAN QAÇAQÇILIĞI İLƏ CİDDİ MÜBARİZƏ APARILIR
Türkiyənin coğrafi mövqeyini nəzərə alsaq bu ölkə Asiyadan Avropaya qeyri-qanunu insan qaçaqçılığı üçün cazibəli hala gəlmişdir. İnsan tacirləri Türkiyəni tranzit ölkə kimi istifadə edir. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, vəziyyət Türkiyənin hüquq mühafizə orqanlarının ciddi narahatlığına səbəb olmuşdur. Son zamanlar Türkiyənin polis və jandarma qüvvələri insan qaçaqçılığı ilə mübarizədə bir sıra uğurlu əməliyyatlar həyata keçirmişdir. Jandarma qüvvələri Çanaqqala vilayətinin Ayvacıq rayonunda bir yük avtomobilini dayandırmışlar. Yük maşınında qanunsuz yolla Türkiyəyə gələn 14 Somali, 8 Konqo və 4 Mavritaniya vətəndaşı aşkar olunmuşdur. Bu vətəndaşlar illeqal yolla Ayvacıq limanından gəmi ilə Yunanıstan adalarının birinə göndəriləcəkdir. Hadisə ilə əlaqədar istintaq aparılır. Bu vətəndaşların Türkiyəyə nə yolla gəldiyi araşdırılır.