Türkiyədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Ankara, 12 mart, AZƏRTAC
Türkiyənin təhlükəsizlik qüvvələri terror təşkilatlarının maliyyələşdirilməsinə qarşı xüsusi əməliyyat keçiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu “Twitter”dəki hesabında paylaşım edib.
Nazirin məlumatında qeyd olunub ki, Hakkari vilayətində keçirilmiş əməliyyat nəticəsində 482 kiloqram heroin və 65 kiloqram metamfetamin ələ keçirilib.
Türkiyədə fəaliyyət göstərən terror təşkilatlarının maliyyələşməsində narkotiklərin qanunsuz dövriyyəsi, siqaret qaçaqmalçılığı, silah və insan alveri mühüm yer tutur. Son illər Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi çoxşaxəli antiterror əməliyyatları nəticəsində terror təşkilatlarının, o cümlədən PKK-nın maliyyə mənbələri ciddi şəkildə sarsılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]