Türkiyədə onlayn sifarişlərə rüsumsuz limit ləğv olunub
Ankara, 7 yanvar, AZƏRTAC
Türkiyə hökuməti mal idxal edən fiziki şəxslər üçün rüsumsuz limiti ləğv edib.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan müvafiq qərar 7 yanvar tarixində rəsmi hökumət qəzeti olan “Resmi Gazete”də dərc edilib.
Qərara əsasən, xaricdən bazarlar vasitəsilə mal idxalına qoyulan 30 avroluq rüsumsuz limit sənədin dərc olunmasından bir ay sonra başa çatacaq.
Bu səbəbdən fiziki şəxslər tərəfindən bazarlar vasitəsilə sifariş edilən xarici mallara 7 fevral 2026-cı il tarixindən etibarən gömrükdə müəyyən ediləcək məbləğdə rüsum tətbiq olunacaq.
Xatırladaq ki, 6 avqust 2024-cü il tarixində Türkiyə Nazirlər Kabineti fiziki şəxslər üçün mal idxal edən rüsumsuz limiti 150 avrodan 30 avroya endirib. Bu məbləğə poçt xərcləri də daxil idi.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]