TÜRKİYƏDƏ XI TÜRKSOY OPERA GÜNLƏRİ BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 11-də Türkiyənin Mərsin şəhərində XI Türksoy Opera günləri başlamışdır.
Beş illik fasilədən sonra keçirilən bu şənliklər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ölməz “Leyli və Məcnun” operasının 100 illik yubileyinə həsr olunmuşdur. Opera günlərinin açılışı münasibətilə təşkil olunmuş konsertdə müsəlman Şərqinin və türk dünyasının ilk operası olan “Leyli və Məcnun”dan ariyalar səslənmişdir.
XI Türksoy Opera günləri çərçivəsində Mərsin Mədəniyyət Mərkəzində “Leyli və Məcnun” operasının 100 illik yubileyinə həsr olunmuş fotosərgi də açılmışdır. Sərgidə 1908-ci ildə operanın premyerasından çəkilmiş 30 fotoşəkil nümayiş etdirilmişdir. TÜRKSOY təşkilatının baş direktoru Dyusen Kaseinov, Türkiyənin Mədəniyyət Nazirliyinin təmsilçiləri sərgi ilə tanış olmuşlar.
Opera günlərində Azərbaycandan 6 opera müğənnisi iştirak edir. Mərsindəki konsertlərdən sonra opera günləri sentyabrın 14-də Şimali Kiprin Girnə şəhərində davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]