TÜRKİYƏDƏKİ DİASPOR TƏŞKİLATLARIMIZ BİRLƏŞİRLƏR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 28 May - Respublika günündə Türkiyənin İsgəndərun şəhərində bu ölkədə fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatlarını özündə birləşdirəcək Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADF) yaradılmışdır.
Dövlət Komitəsinin dəstəyi ilə yaradılmış qurumun əsas məqsədi Türkiyədə Azərbaycanın maraqlarını təbliğ etmək, hazırda fəaliyyət göstərən diaspor təşkilatlarımızın işini əlaqələndirmək və iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsinə kömək göstərməkdir. Qeyd edək ki, Türkiyənin digər şəhərlərində yaradılan Azərbaycan təşkilatları da TADF-in üzvü ola biləcəklər. Federasiyanın təsis qurultayından sonra İskəndərun şəhərinin Atatürk meydanında Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]