Türkiyəli federasiya rəsmisi: Azərbaycan güləşçiləri daim mübarizliyi və əzmkarlığı ilə seçilir
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan ilə Türkiyə güləş federasiyaları arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir və qarşılıqlı təlim-məşq toplanışları hər iki tərəf üçün faydalı olur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə Güləş Federasiyasının sərbəst güləş üzrə komandalar üzrə icraçı vitse-prezidenti Murat Şahin deyib.
O bildirib ki, Azərbaycan yığması ilə münasibətlər həm qardaşlıq, həm də sağlam rəqabət prinsipləri üzərində qurulub: “Federasiyalarımız arasında inkişaf etmiş əlaqələr mövcuddur. Bu da hər iki tərəf üçün xoş və faydalı mühit yaradır”.
M.Şahin qeyd edib ki, Azərbaycan güləş məktəbi dünya miqyasında güclü ənənələrə malikdir: “Böyüklər arasında vəziyyət fərqli ola bilər, amma Azərbaycan yığması yenə də favoritlər sırasındadır. Komandanın gücü dünya səviyyəli güləşçilər və perspektivli gənclərdən qaynaqlanır”.
Federasiya rəsmisi Azərbaycan güləşçilərinin daim mübarizliyi və əzmkarlığı ilə seçildiyini vurğulayıb: “Azərbaycan güləşi həmişə aqressiv və möhkəm olub. İdmançılarınız bütün qüvvələrini ortaya qoyaraq mübarizə aparırlar. Buna görə də qardaş komandaya hər zaman böyük hörmətlə yanaşırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]