Türkiyənin 14 vilayətinin ixracat həcmi 1 milyard dollar həddini keçib
Ankara, 6 aprel, AZƏRTAC
Türkiyənin 14 vilayətindən ixracın həcmi 1 milyard dollar həddini keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin cari ilin yanvar-mart ayları üzrə hesabatında deyilir.
Nazirliyin məlumatına görə, 2024-cü ilin birinci rübünün sonunda Türkiyədəki 81 əyalətdən
57-sinin ixrac göstəriciləri ötən ilin analoji dövrü ilə müqayisədə xeyli artıb və eyni səviyyəni keçib.
İxrac həcminə görə vilayətlər arasında liderlər İstanbul, Kocaeli və İzmirdir. “Türkiyə iqtisadiyyatının artım tempi ardıcıl 14-cü rübdür ki, qorunub saxlanılır. Eyni zamanda, bu ilin birinci rübündə ixrac göstəriciləri 3,6 faiz artaraq 63,7 milyard dollara çatıb”, - deyə Ticarət Nazirliyi bildirib.
Məlumatda yüksək əlavə dəyərə malik məhsulların tədarükünü artırmaqla, ixracın artımı strategiyasının ardıcıllığı vurğulanıb. Bundan əlavə, qarşıya ölkənin bütün əyalətlərinin ixrac imkanlarının artırılması, malların çeşidinin genişləndirilməsi və məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi vəzifəsi qoyulub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]