Türkiyənin hakim partiyası azərbaycanlıların soyqırımını bəşər tarixinin qara ləkəsi adlandırıb
Ankara, 31 mart, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə bəşər tarixində qara ləkəyə çevrilmiş faciəli hadisələri dərin kədərlə xatırlayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini, professor Kürşad Zorlunun paylaşımında yer alıb.
“Bu gün bir çox bölgədə, xüsusən də Bakı, Şamaxı və Qubada qətlə yetirilən qardaş və bacıların xatirəsini ehtiramla yad edirik. Bu faciə millətin ümumi yaddaşında silinməz iz buraxıb, birliyin, həmrəyliyin və qardaşlığın möhkəmləndirilməsinə təkan verib”, - deyə türk siyasətçi Türkiyə və Azərbaycan bayraqları ilə müşayiət olunan paylaşımında yazıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:26]
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]
NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO
- 30.09.2026 [12:43]