TÜRKİYƏNİN MÖVQEYİ DƏYİŞMƏZDİR
“Ermənistan-Azərbaycan münaqişəsi həll edildikdən və Azərbaycan torpaqlarının işğalına son qoyulduqdan sonra biz Ermənistanla diplomatik əlaqələr yarada bilərik.” Türkiyənin baş naziri Bülənd Ecevit bu fikri ABŞ səfəri zamanı yanvarın 17-də Vaşinqtondakı Milli Mətbuat Klubunda keçirdiyi mətbuat konfransında söyləmişdir. Baş nazir xatırlatmışdır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, nəticədə yüz minlərlə azərbaycanlı çadırlarda ağır şəraitdə yaşayır.
Cənubi Qafqaz bölgəsi ilə əməkdaşlıq, Bakı-Tbilisi-Ceyhan əsas ixrac netf kəmərinin tikintisi və xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi məsələləri Bülənd Ecevitin ABŞ prezidenti Corc Buş, Dövlət Katibinin müavini Riçard Armitac və vitse-prezident Riçard Çeyni ilə apardığı danışıqlarda geniş müzakirə olunmuşdur. Baş nazir bir daha nəzərə çarpdırmışdır ki, əsas ixrac boru kəməri layihəsi hər gün daha bir addım irəliləyir. Bu layihə həm iqtisadi, həm də strateji və siyasi əhəmiyyət daşıyır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]