Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir
Aşqabad, 6 mart, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu orta Asiya ölkələrinə səfərinə Türkmənistandan başlayıb.
AZƏRTAC xəbər verir ki, Mövlud Çavuşoğlu əvvəlcə Müstəqillik abidəsini ziyarət edib.
Sonra nazir Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Raşid Meredovla görüşüb. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq hadisələrə dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində türkiyəli nazirin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü gözlənilir.
Nazir M.Çavuşoğlu Türkmənistandan sonra Özbəkistana və Qırğızıstanda yola düşəcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]