TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRLİYİ FRANSA PARLAMENTİNİN QƏRARINI PİSLƏMİŞDİR
Bəyanatda həmin qanunun apardıqları siyasətin nəticələrini görə bilməyən bir qrup fransız siyasətçinin əsassız iddialara istinad edən məsuliyyətsiz səylərinin nəticəsi və qədim tarixə əsaslanan Fransa-Türkiyə əlaqələrinə vurulan ağır zərbə kimi qiymətləndirilmişdir.
Sənəddə qeyd edilmişdir ki, bu qərarın parlament tərəfindən qəbul edilməsi Türkiyədə dərin təəssüf hissi ilə qarşılanmışdır və Türkiyə qərarın qüvvəyə minməməsi üçün bütün səviyyələrdə səylərini davam etdirəcəkdir.
Bəyanatda deyilir: “Fikir azadlığının bütün digər konstitusiya hüquqlarından üstün hesab edən Fransanın konstitusiya quruluşu ilə fikir və ifadə azadlığının demokratik cəmiyyətlərdə hansı istisna hallarda qanunlarla məhdudlaşdırıla bilinməsini aydın şəkildə müəyyənləşdirən Avropa Sazişinin pozulması mənasına gələn bu qanun çağdaş fundamental hüquq və azadlıqların beşiyi və “Azadlıq, bərabərlik, qardaşlıq” məfhumları ilə müasir dünya üçün ilham mənbəyi olmuş fransız xalqı ilə bu günə qədər eyniləşən dəyərlərə əks gedir. Fundamental hüquq və azadlıqların daha da inkişaf etdirilməsi məqsədi ilə son illərdə həyata keçirdiyimiz mühüm islahatlara baxmayaraq, ölkəmizdə ifadə azadlığı sahəsində əlavə addımların atılması zərurəti istiqamətində tövsiyələrin verildiyi bir dövrdə Fransada belə bir qanunun ortaya çıxması ikili standartın bariz nümunəsidir”.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilmişdir ki, 70 milyonluq türk xalqı əsassız iddialara istinadən fikir və ifadə azadlığının məhdudlaşdırılmasını rədd edir.