Türkmənistan Həştərxanda logistik mərkəz yaratmağı planlaşdırır
Aşqabad, 6 mart, AZƏRTAC
Həştərxanda Türkmənistanın Logistika Mərkəzinin yaradılması məsələləri ilə bağlı görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tərəflər Həştərxan vilayətində yaradılan xüsusi liman iqtisadi zonasının ərazisində Türkmənistanın logistika mərkəzinin açılması aspektlərini müzakirə ediblər.
Tərəflər arasında Xəzər regionunda ticari-iqtisadi əməkdaşlığın müsbət dinamikası, həmçinin iqtisadi ərazidə Türkmənistanın logistika mərkəzinin yaradılması məsələsinin müzakirəsi kontekstində xüsusi iqtisadi zonanın əmtəə axınlarının optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün platforma, eləcə də investisiya fəallığı, ekspeditor və nəqliyyat şirkətlərinin fəaliyyəti üçün əlverişli iqtisadi mühitin formalaşdırılması kimi nəzərdən keçirildiyi vurğulanıb.
Tərəflər yaxın vaxtlarda bu istiqamətdə tərəfdaşlıq məsələlərini daha ətraflı müzakirə etmək üçün Türkmənistanın və Rusiyanın Həştərxan vilayətinin aidiyyəti strukturlarının görüşünü təşkil etməyi planlaşdırırlar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]