TÜRKMƏNİSTAN PREZİDENTİ SƏRHƏDDƏ YAŞAYAN ÖZBƏKLƏRİ VƏTƏNDAŞLIQ MƏSƏLƏSİNDƏ QƏTİ QƏRARA GƏLMƏYƏ ÇAĞIRMIŞDIR
Bu yaxınlarda Aşqabadda keçirilən dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə Türkmənistan-Özbəkistan komissiyasının iclasında qəbul olunmuş qərarlarla bağlı etnik özbəklərin vətəndaşlıq məsələsi müzakirə edilmişdir. Türkmənistan Prezidenti demişdir: Sovet İttifaqı dövründə Özbəkistanın təsərrüfat subyekti olan, Türkmənistan-Özbəkistan dövlət sərhədi boyunca 17867 hektar sahə rəsmi olaraq Türkmənistanın elan olunmuşdur. Kim bu ərazidə yaşamaq istəyirsə Türkmənistan vətəndaşlığı almalıdır.
Bu sərhəd bölgəsində əksəriyyəti özbək olan 700 ailə yaşayır. Ümumiyyətlə, Türkmənistanda ölkə əhalisinin 2 faizini təşkil edən 121 min etnik özbək yaşayır. Rəsmi göstəricilərə görə, bu ən böyük diaspordur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]