TÜRKMƏNİSTANDA 20 MART HƏM DƏ QADINLAR BAYRAMIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu ildən Türkmənistanda 20 mart həm də qadınlar bayramıdır. Bu münasibətlə prezident Saparmurad Niyazovun adından qadınlara və tələbə qızlara 200 min manat (10 dollar) hədiyyə verilmişdir. Məktəbli qızlar və uşaq bağçasında tərbiyə alan qız uşaqları da bu məbləğdə hədiyyələr almışlar. Türkmənistanda isə təxminən 3 milyon qadın yaşayır.
Xatırladırıq ki, Türkmənistan prezidentinin ötən il imzaladığı fərmanla 8 Mart qadınlar günü martın 20-nə keçirilmişdir.