TÜRKMƏNİSTANDA İCTİMAİ YERDƏ SİQARET ÇƏKMƏK QADAĞANDIR
Mayın 31-də Aşqabad Tibb İnstitutunda paytaxt tələbələrinin və “Sağlıq” milli mərkəzi fəallarının iştirakı ilə keçirilən mitinqdə belə bir fikir səslənmişdir ki, “prezidentin siqaret çəkməyə qadağa qoyan 2000-ci il fərmanını əhali hərtərəfli dəstəkləyir.”
Fərmana əsasən, nazirliklərdə, idarələrdə, sənaye müəssisələrində, bütün təşkilatlarda, habelə hərbi hissələrdə, bütün təhsil müəssisələrində, teatrlarda, kinosalonlarda, ictimai nəqliyyatda və vətəndaşların kütləvi istirahət yerlərində siqaret çəkmək qadağandır.
Paytaxt polisinin məlumatına görə, indiyədək cərimələnmə halları çox az olmuşdur. Cərimə, əsasən, tərbiyə məqsədi ilə gənclərə və bu qadağadan xəbəri olmayan qonaqlara tətbiq edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]