TÜRKMƏNİSTANIN MÜSTƏQİLLİYİNİN 15-Cİ İLDÖNÜMÜ ŞƏRƏFİNƏ ƏLVAN FƏVVARƏ TİKİLƏCƏK
Tikintisi Türkiyənin “MASS” şirkətinə tapşırılan fəvvarə oktyabrın 27-də qeyd ediləcək yubiley gününədək hazır olacaqdır.
Layihəyə görə, fəvvarənin perimetri boyu on beş ədəd 40 metrlik kiçik fəvvarə vuracaq, onlar elə həmin hündürlükdə 15 pilləli ehramı yuyacaqdır. Ehramın zirvəsində rəngli şüşədən prezidentin bayrağındakı beşbaşlı qartalın təsviri olan kub qoyulacaqdır. Hündür kompozisiyanı yuxarıda birləşən və türkmənlərin 5 ən əsas tayfasının xalça ornamentlərinin rəmzi olan beş elementdən ibarət uzun mil, “XV” rəqəmli qızılı səkkizbucaqlı tamamlayacaqdır. Ehramın postamentini qızıl suyuna çəkilmiş tuncdan üzük-barelyef dövrəyə alacaq, burada Türkmənistan tarixinin əsas məqamlarını təsvir edən süjetlər həkk olunacaqdır.
Türkmənistanın müstəqilliyinin 10-cu ildönümü də 2001-ci ildə monumental abidə ilə əbədiləşdirilmişdir. Sürətlə çapan 10 tunc Axaltəkə atından ibarət ilxı o vaxtdan bəri Aşqabadın mərkəzi parkını bəzəyir. Yeni fəvvarə ətrafında da park salmaq nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]