“Twitter” foto və videoların yüklənməsi üçün yeni funksiya hazırlayır
Bakı, 11 mart, AZƏRTAC
“Twitter” foto və videoların yüklənməsi üçün yeni funksiya hazırlayır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Twitter” mikrobloqlar xidmətinin nümayəndəsi yaxın həftələr ərzində böyük təsvir ölçüsünə malik media fayllarını paylaşmağa imkan verəcək yeni funksiyanın sınaqdan keçiriləcəyi barədə məlumat yayıb.
“Bəzən foto və ya videonun köməyi ilə öz fikrini ifadə etmək daha rahatdır. Biz növbəti bir neçə həftə ərzində “Twitter”də media fayllarını dərc etmək və onlara baxışı yaxşılaşdırmaq üçün bəzi üsulları sınaqdan keçirəcəyik. Siz daha yüksək təsvir ölçüsünə malik şəkillər kolleksiyasını paylaşmaq istəyirsiniz? Biz “Android” və “iOS” mobil əməliyyat sistemlərində yüksək təsvir ölçülü şəkillərin yüklənməsi və onlara baxılması üçün üsulları sınaqdan keçiririk", - deyə şirkət sosial şəbəkədə məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]