Üç ölkədən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub
Bakı, 25 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ÜHST-nin rəsmi məlumatlarına əsasən, Monqolustanın Dornoqov vilayətində xırdabuynuzlu heyvanların taunu, Polşanın Podlask inzibati ərazisində nyukasl, Rusiya Federasiyasının Vladimir və Həştərxan vilayətlərində isə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə həmin ərazilərdən heyvandarlıq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, ÜHST-nin rəsmi məlumatlarına əsasən, Moldovanın Unqeni rayonunda və Macarıstanın Baç-Kişkun, Çonqrad-Çanad, Bekeş, Haydu-Bihar, Noqrad inzibati ərazi vahidlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, həmin xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adları çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Hər iki halla bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]