UEFA Çempionlar Liqası: “Bavariya” səfərdə böyükhesablı qələbə qazanıb
Bakı, 11 mart, AZƏRTAC
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlara start verilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Qalatasaray” İstanbulda İngiltərə klubu “Liverpul”u minimal hesabla məğlub edib. Daha bir İngiltərə komandası “Totenhem” də səfərdə İspaniya təmsilçisi “Atletiko”ya uduzub – 2:5. Digər bol qollu matç “Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya) oyununda qeydə alınıb. Ev sahibinin qapısının torunu 6 dəfə silkələyən Almaniya təmsilçisi bunlardan yalnız birinə cavab ala bilib – 6:1. Pley-off mərhələsində “Qarabağ”ı məğlub edərək növbəti mərhələyə adlayan “Nyukasl” doğma meydanında İspaniya nəhəngi “Barselona ilə heç-heçə edib – 1:1.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-i və 12-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]