UEFA Millətlər Liqasının birinci qalibi Portuqaliya millisi olub
Bakı, 10 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 9-da UEFA Millətlər Liqasının final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, final görüşündə Portuqaliya millisi Hollandiya yığması ilə qarşılaşıb.
Görüş portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 60-cı dəqiqədə Qoncalo Guedes olub.