SİYASƏT
Ukrayna Ali Radasının komitə sədri: Azərbaycan beynəlxalq öhdəliklərini şərəflə yerinə yetirir VİDEO
Kiyev, 6 dekabr, AZƏRTAC
Öz adımdan və Ukrayna Ali Radasının Ətraf mühit siyasəti və təbii sərvətlərin idarə edilməsi komitəsinin rəhbəri kimi bu yaxınlarda Bakıda yekunlaşan BMT-nin iqlim konfransının - COP29-un əla təşkilinə və keçirilməsinə görə Azərbaycana minnətdarlığımı bildirmək istərdim.
Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı Oleq Bondarenko deyib.
“Bu, iqlim dəyişikliyinə qarşı ümumi mübarizəyə əla töhfədir və həqiqətən də sessiya zamanı müşahidə etdiyimiz yüksək təşkilatçılıq səviyyəsidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz üzərinə öhdəliklər, o cümlədən beynəlxalq öhdəliklər götürə, onları şərəflə yerinə yetirə və nəticə əldə edə bilər”, - deyə o qeyd edib.
Ukraynalı deputat vurğulayıb ki, ümumilikdə konfransın özü də gözlənilən şəkildə məhsuldar olub.
“Bu, Qlobal Cənubun bütün ölkələri, iqlim dəyişikliyindən ən çox əziyyət çəkən dövlətlər üçün gözlənilən şəkildə məhsuldar olub. Ümid edirəm ki, Bakıda keçirilən sessiyada qəbul edilmiş maliyyə qərarları uzun illər boyu iqlim dəyişikliyi ilə mübarizəyə kömək edəcək”, - deyə O.Bondarenko bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev