Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb
Bakı, 18 mart, AZƏRTAC
Ukrayna Nazirlər Kabineti pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 5 milyard qrivna (təxminən 130 milyon dollar) ayırıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal bu barədə özünün media hesabında yazıb.
“Bu gün təhlükəsizlik və müdafiə qüvvələrinə əlavə olaraq 5 milyard qrivna vəsait ayrılıb. Bu vəsait hərbçilərə lazım olan pilotsuz aparatların alınmasına sərf olunacaq”, - deyə Denis Şmıqal bildirib.
Baş nazirin sözlərinə görə, bu il hakimiyyət orqanları hərbi sənaye kompleksinin inkişafı üçün əlavə olaraq 1,36 milyard dollar, dron istehsalı üçün isə ümumilikdə 1 milyard dollardan çox vəsait ayırıb.
Qeyd edək ki, Ukraynanın 2024-cü il büdcəsində 43,5 milyard dollarlıq kəsir yaranıb. Müdafiə Nazirliyinin büdcə kəsiri isə 36 faiz və ya 11,3 milyard dollar təşkil edir. Kiyev kəsirin böyük hissəsinin Qərb müttəfiqlərinin köməyi ilə bağlanacağına ümidlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]