Ukrayna Premyer Liqasının matçı koronavirusa görə təxirə salınıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Futbol üzrə Ukrayna Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilməli olan “İnhulets” - “Rux” matçı təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, buna “Rux” komandasının 7 futbolçusunda koronavirusa yoluxma hallarının qeydə alınması səbəb olub. Klubun gənclərdən ibarət heyətində də yoluxma aşkarlanıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Klub rəhbərliyinin qərarı ilə futbolçular qarşıdakı 3 günü öz evlərində keçirməlidirlər. Komandanın məşqləri də ləğv edilib.
“İnhulets” - “Rux” matçı oktyabrın 17-də keçirilməli idi.
Qeyd edək ki, “Rux” hazırda Ukrayna Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]