UKRAYNA PREZİDENTİ KRIMDA QUŞ QRİPİNƏ GÖRƏ BAYTARLIQ XİDMƏTLƏRİNİ TƏQSİRLƏNDİRİR
Yuşşenko yaranmış vəziyyəti həm yerli, həm də mərkəzi baytarlıq xidmətlərinin şübhəsiz səhvi adlandıraraq demişdir ki, onlar vaxtında tədbirlər görülmədiyinə görə məsuliyyət daşımalıdırlar.
Krım Muxtar Respublikasının yüksəkpatogenli qrip qeydə alınan yaşayış məntəqələrində ev quşları əhalidən alınıb məhv edilmişdir. Ukrayna Prezidentinin fərmanı ilə Krımın bir sıra yaşayış məntəqələrində fövqəladə vəziyyət elan olunmuşdur.
Muxtariyyətin digər rayonlarının ərazisində ev quşlarının kütləvi tələf olması faktları, əhali arasında bu xəstəliyə yoluxma halları qeydə alınmamışdır.