Ukrayna “Ramştayn”dan rekord həcmdə yardım alacaq
Kiyev, 11 aprel, AZƏRTAC
Bu gün Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası zamanı Kiyevə 21 milyard avrodan (23,85 milyard dollar) çox məbləğdə dəstək elan edilib.
AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili Təmas Qrupunun iclası zamanı bəyan edib.
“Bu gün “Ramştayn” qrupu çərçivəsində elan olunan yeni yardım 21 milyard avrodan çoxdur. Bu, Ukraynaya hərbi yardım sahəsində rekord göstəricidir”, – deyə Hili bildirib.
Dünyanın onlarla ölkəsinin iştirak etdiyi “Ramştayn” iclası Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun müntəzəm görüşlərinin adıdır. İlk görüş 2022-ci ildə Almaniyada yerləşən ABŞ-ın “Ramştayn” hərbi bazasında keçirilib və adını da oradan alıb.
Bu iclasların məqsədi Ukraynaya Rusiyaya qarşı müharibədə hərbi yardımın koordinasiyası, müdafiə ehtiyaclarının müzakirəsi, silah tədarükü, hərbçilərin təlimi və uzunmüddətli dəstəklə bağlı məsələlərin həllidir.
“Ramştayn” iştirakçıları NATO ölkələri, Avropa İttifaqı dövlətləri və Ukraynanın digər tərəfdaşlarıdır. Bu görüşlər tanklar, hava hücumundan müdafiə sistemləri, artilleriya və digər silah növlərinin verilməsi ilə bağlı qərarların qəbul olunduğu əsas platformaya çevrilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [11:35]
Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb
- 08.06.2026 [11:22]
İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb
- 08.06.2026 [11:21]
Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər
- 08.06.2026 [10:34]
Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb
- 08.06.2026 [10:24]
Yaponiyada sunami xəbərdarlığı elan olunub
- 08.06.2026 [09:05]
Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB
- 08.06.2026 [08:11]
“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir
- 08.06.2026 [07:16]
Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:23]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [21:16]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [20:58]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 07.06.2026 [20:12]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [19:35]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:30]