Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Kiyev, 12 noyabr, AZƏRTAC
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Türkiyə rəsmiləri ilə əsirlərin mübadiləsi və müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək üçün görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Umerov “Telegram” hesabında məlumat verib.
“Bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasət məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla görüşlərimiz olub”, - deyə Umerov bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı iki əsas istiqamət müzakirə olunub - əsirlərin mübadiləsi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq.
"Əsirlərin mübadiləsi əsas prioritetlər sırasındadır. Ukrayna hər bir vətəndaşımızın vətənə qayıtmasını təmin etmək üçün əlindən gələni etməyə davam edir. Biz ən çətin anlarda bizə dəfələrlə kömək edən tərəfdaş Türkiyənin dəstəyinə sahibik", - deyə Umerov qeyd edib.
Katib əlavə edib ki, tərəflər müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, xüsusilə birgə layihələr, istehsal və texnologiya məsələlərini ayrıca müzakirə ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]