Ukraynada koronavirusdan ölənlərin sayı 5 min nəfəri keçib
Kiyev, 13 oktyabr, AZƏRTAC
Ukraynada son sutka ərzində koronavirusa yoluxma sayında artım davam edir.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 5133 nəfər koronavirusa yoluxub, 107 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma halları Kiyev, Lvov, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 270 min 587 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 5122 nəfərdir, 120 min 562 min xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]