Ukraynada son sutkada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb
Kiyev, 7 oktyabr, AZƏRTAC
Ukraynada son sutka ərzində koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 4753 nəfər koronavirusa yoluxub, 77 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma halları Kiyev, Odessa, və Xarkov vilayətlərində qeydə alınıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 239 min 337 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 4597 nəfərdir, 105 min 970 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]