Ukraynada sutkalıq koronavirusa yoluxma 5 min nəfərə çatıb
Kiyev, 2 oktyabr, AZƏRTAC
Ukraynada son sutka ərzində koronavirusa yoluxanların sayı ilk dəfədir 5 min nəfərə çatıb.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə son sutkada 4633 nəfər koronavirusa yoluxub, 68 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Dnepropetrovsk, Xarkov və Sumı vilayətlərində qeydə alınıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 217 min 661 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 4268 nəfərdir, 96 min 300 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]