Ukraynalı deputat: Xocalı faciəsi bəşəriyyətə və insanlığa qarşı meydan oxumaq idi
Kiyev, 21 fevral, AZƏRTAC
Otuz il əvvəl, 1992-ci il fevralın 26-da bəşər tarixi iyrənc, qeyri-insani və ağlasığmaz hadisə ilə qarşılaşdı, Azərbaycan xalqı qəddar faciə ilə üzləşdi və sağalmaz yara aldı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan Parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux Xocalı soyqırımının 30 illiyi ilə bağlı danışarkən söyləyib.
Deputat bildirib ki, Xocalı hədsiz zorakılıq və qəddarlığın sinonimidir.
“Baş verən hadisə bütün bəşəriyyətə və insanlığa qarşı meydan oxumaq idi. Bu, müasir dünya ictimaiyyətinə məxsus bütün qiymətli dəyərlərin - insan həyatının, şərəf və ləyaqətinin tamamilə inkarıdır. Bu gün Azərbaycanın hər bir oğlu və qızı daha günəş işığını görməyən, əbədi susmuş insanların xatirəsini ehtiramla yad edir”, - deyə Valeriy Kolyux vurğulayıb.
Ukrayna xalqının Azərbaycan xalqının dərdini anladığını və bölüşdüyünü qeyd edən Ali Radanın deputatı bildirib: “Övlad itkisinin nə qədər acı və ağır olduğunu, onu qəlbimizdə daşımağın necə çətin olduğunu, belə bir yara ilə yaşamağın nə qədər ağrılı olduğunu anlayırıq”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]