REGİONLAR
Ukraynalı uşaqlardan ibarət daha bir qrup Şamaxıya səfər edib VİDEO
Şamaxı, 6 oktyabr, AZƏRTAC
Ukraynadakı vəziyyətlə əlaqədar iztirab və dəhşətləri yaşamış, sağlamlaşdırma və reabilitasiya üçün Azərbaycanda olan ukraynalı uşaqlardan ibarət daha bir qrup Şamaxıya gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ukraynalı uşaqlar üçün ikihəftəlik zəngin proqrama əzəmətli Qafqaz dağlarının ətəyində yerləşən məşhur kurort şəhəri Qəbələdə yerləşmə, habelə Ukraynanın Şamaxı şəhərindəki fəxri konsulluğunun konsulluq dairəsi ərazisində xüsusi maraqlı yerlərə səyahətlər daxildir.
Ukraynalı uşaqlar Şamaxıda mehribanlıqla qarşılanıblar.
Səfər çərçivəsində onlara Şamaxının tarixi, maddi-mədəni həyatı barədə zəngin məlumatlar verilib.
Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar valideyn himayəsindən məhrum olan 7-17 yaş arasında 28 uşağın gərgin psixoloji vəziyyətdən çıxarılmasına kömək məqsədilə avqustun 26-da Şamaxıya səfəri təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]