Ukraynanın müdafiə naziri: Yazda rusların yeni hücumları gözlənilir
Kiyev, 13 yanvar, AZƏRTAC
Ukrayna rusların cənub və şərqdə artıq işğal etdikləri ərazilərdən yeni hücumuna hazırlaşmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov BBC-yə müsahibəsində məlumat verib.
O bildirib ki, Rusiya Federasiyası cənub və şərqdə işğal olunmuş ərazilərdən yazda hücum üçün qüvvələr, sursat və silahlar toplamağa cəhd edə bilər.
Eyni zamanda, Ukraynaya Qərb silahlarının çatdırılmasını gözləyərkən yenidən qruplaşmaq və yenidən silahlandırmaq üçün vaxt lazımdır.
“Yaz bütün tərəflərə görə hücumu bərpa etmək üçün ən yaxşı vaxtdır. Biz başa düşürük ki, onlar və biz də başlamağa hazır olmalıyıq”, - deyə Reznikov əlavə edib.
Eyni zamanda, nazir işğalçıların yenidən Belarusdan Ukraynaya hücum etməyə çalışacağını düşünmür. Onun sözlərinə görə, şimaldan hücum çox vaxt aparacaq və rusların buna imkanları yoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [22:18]
Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib
- 17.06.2026 [20:53]
ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq
- 17.06.2026 [20:06]
Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir
- 17.06.2026 [19:27]