Ukraynanın “T-64” tankları Polşada təmir olunacaq
Bakı, 9 aprel, AZƏRTAC
Ukraynanın “T-64” tankları Polşanın Qlivitse şəhərindəki “Bumar-Labedy” silah zavodunda təmir olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Ukroboronprom” dövlət konserni məlumat yayıb.
“Müqavilə “Ukroboronprom” şirkəti ilə PGZ-nin (Polşa Silah Qrupu) bir hissəsi olan “Bumar-Labedy” zavodu arasında bağlanıb və Ukraynanın “T-64” tanklarına Qlivitsedəki “Leopard 2” obyektlərində texniki qulluq və əsaslı təmir xidməti göstərilməsini nəzərdə tutur”, - konsernin teleqram kanalında bildirilib.
Qeyd olunub ki, gələcəkdə müqavilənin Polşanın Ukraynaya verdiyi “T-72” və “RT-91 Twardy” tanklarına texniki xidmət göstərilməsi üçün genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, tərəflər Qərb ölkələrinin Kiyevə tədarük etdiyi “Leopard 2” tanklarına birgə texniki qulluq imkanlarını da nəzərdən keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]