ELM VƏ TƏHSİL
Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu
![](/files/galleryphoto/2023/2/1200x630/16867502774887138871_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1686750277579325380_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867502775235639950_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867502771817239858_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Şuranın sədri Aytən Bayramova Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, ölkəmizin 90-cı illərin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətində, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində hərc-mərcliyə son qoyuldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Qeyd olunub ki, Ümummilli Lider ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirib.
Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Fəridə Əliyeva və üzvlər Abdullayeva Süsən, Aqil Əhmədli, Samirbəyim Abdullayeva çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlət bayramları içərisində xüsusi yerə malik olduğunu qeyd ediblər.
Çıxış edənlər ölkəmizin gənclərinin qarşısında bu gün böyük vəzifələr qoyulduğunu, dövlətçiliyimizin, tariximizin qorunmasının və elmin inkişafına səy göstərilməsinin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunan “Tarixin şanlı səhifələri” adlı videoçarx nümayiş etdirilib.