Ulu Öndər xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü
Bakı, 14 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu Öndər özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə böhrana son qoydu, xalqımızı azərbaycançılıq ideyaları ətrafında birləşdirdi.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva bildirib ki, Ulu Öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Tədbirdə digər çıxış edənlər də xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki xidmətlərindən danışıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]