Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda Azərbaycan şahmatçıları Sloveniya və İngiltərə komandaları ilə qarşılaşırlar
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının üçüncü turu keçirilir.
AZƏRTAC xəbər verir ki, bu turda Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Sloveniya komandası ilə qarşılaşır. Şahmatçılarımızın rəqibləri müəyyənləşib. Şəhriyar Məmmədyarov Yuri Boriseklə, Arkadi Naydiç Matey Sebeniklə, Rauf Məmmədov Yuri Skobernelə, Eltac Səfərli isə Boris Markoja ilə görüşürlər.
Qadın şahmatçılarımız isə İngiltərə komandası ilə yarışırlar. Günay Məmmədzadə - Yovanka Xouska, Zeynəb Məmmədyarova - Akşaya Kalayalaxan, Xanım Balacayeva - Daqne Çuksite və Gülnar Məmmədova - Lüsi Xead qarşılaşmaları keçirilir.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçılardan ibarət yığması ikinci turda İtaliya komandasına 3:1 hesabı ilə qalib gəlib, qadın şahmatçılarımız isə belçikalı rəqiblərini 4:0 hesabı ilə məğlub ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]